Almanlar Dadaşovdan yazdı: "Dinamo" çətinlik çəkəcək, onun yoxluğunu hiss edəcək"

Almaniya mətbuatı Berlin "Dinamo"nu III Liqaya yüksəlmək şanslarından yazarkən, komandanın əsas hücumçusu Rüfət Dadaşovun zədə səbəbindən oyunlarda iştirak etməyəcəyinə toxunub.

Presssport.az xəbər verir ki, Rüfətsiz "Dinamo" üçün çətin olacağı qeyd olunub:

"Məşq zamanı dizindən zədə alan bombardir Rüfət Dadaşovu itirmək çox üzücüdü. Yəqin ki, bu mövsüm bir daha oynaya bilməyəcək. Bu mövsüm 14 qol vuran hücumçunun çempionatın həlledici mərhələsində olmamasını “Dinamo” hiss edəcək. Berlin klubu ən yaxşı bombardiri olmadan rəqiblərini geridə qoymaqda çətinlik çəkəcək. Lakin birbaşa rəqibi “Energi” ilə qarşıdakı matçda şansları var".

Bu yerdə bildirək ki, “Dinamo” hazırda liderdən cəmi 2 xal geri qalaraq 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC