Tovuz şəhər stadionu avrokuboklara sifariş olundu - rəhbərlik bunun üçün ciddi vəsaitdən keçdi

“Turan Tovuz” tarixində ilk dəfə avrokuboklara çıxarsa, ev matçlarını doğma stadionunda keçirəcək.

Bu haqda Presssport.az-a danışan klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunun avrokuboklara lisenziya verilməsiylə bağlı AFFA-ya müraciət etdiklərini söyləyib: “Baxmayaraq ki, lisenziya üçün böyük məbləğ tələb olunurdu və ödəniş edib-etməməklə bağlı sonadək ciddi tərəddüd edirdik. Amma vaxtımızın da az qaldığını nəzərə alaraq, azarkeşlərimizin qarşısında oynaya bilmək üçün ciddi vəsaitdən keçməyə razılıq verdik. Avrokuboklar üçün, buna çox az da şansımız varsa, o vəsaiti ödəməyə “hə” dedik. Bununla da rəqiblərimizi Tovuzda qəbul etməklə bağlı rəsmi müraciətimizi etmişik”.

Məlumdu ki, Tovuz şəhər stadionu süni örtüklüdü. Quliyev yayadək qazonu təbii ot örtüyünə dəyişdirməyəcəklərini vurğulayıb: “Süni örtüklə bağlı artıq xaricdən ekspertlər davam etmişik. Bu da stadionumuzun hansı kateqoriyalı olduğunu müəyyənləşdirmək üçündü. Mütəxəssislərdən serfitikat alacağıq. Bu da böyük ödəniş tələb olunandı. Avrokuboklara düşəriksə, ilk mərhələləri Tovuzda oynayarıq. Çünki artıq bu saatdan sonra dəyişməyə nə büdcəmiz var, nə də zamanımız”.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC