Gənc avarçəkənlərimiz açıq Türkiyə çempionatında iştirak edəcək

Azərbaycanın gənc avarçəkənləri Muğla şəhərində keçiriləcək kayak və kanoe üzrə “Bahar Kuboku” açıq Türkiyə çempionatında iştirak edəcəklər.

Presssport.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi altında Ceyhun Vəlixanov, Niyaz Məlikov, Nihat Quliyev, Amil Ramazanov, Əlimurad Hacızadə yarışda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, turnir aprelin 19-21-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC