Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.

Presssport.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” qarşılaşıb.

Rəqibinə 78:73 (31:14, 15:24, 13:17, 19:18) hesabı ilə qalib gələn "Xəzri" ölkə kubokunun həlledici oyununa vəsiqə qazanıb.

Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi" münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC