Şeydayevin "Kocaelispor"da debütü baş tutmadı - lider üzərində qələbəni ehtiyatdan izlədi

Türkiyə I lİqasında XIX turun oyunları keçirilir. Presssport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yeni komandası “Kocaelispor” lider "Eyüpspor"u qəbul edərək 2:1 hesabı ilə qalib gəlib.

Şeydayev Arda Turanın baş məşqçisi olduğu komandayla görüşdə debüt edə bilməyib. Belə ki, o, sona qədər ehtiyatda qalıb.

Bu qələbə ilə xallarını 36-a yüksələdən "Kocaelispor" turnir cdəvəlində 2-ci pilləyə yüksəlib. Lider "Eyüpspor"un 45 xalı var. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC