"Azərreyl" ilk finalçı oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

Presssport.az xəbər verir ki, "Azərreyl” həlledici raunda vəsiqə qazanıb.

Düzdür, komanda 2-ci yarımfinal oyununda "Gəncə"yə uduzub - 2:3 (25:21, 25:20, 16:25, 17:25, 8:15). Sadəcə, "Azərreyl" ilk matçda 3:0 hesablı qələbə qazandığı üçün 2 setin yekununa əsasən finala yüksəlib.

Yarımfinal mərhələsinə bu gün yekun vurulacaq. Digər yarımfinalda “Abşeron” və “Murov Az Terminal” qarşılaşacaq. İlk görüşdə “Abşeron” qalib gəlib - 3:1.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC