200-ə yaxın cüdoçu region birinciliyində yarışacaq

Aprelin 19-da “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş 15 yaşa qədər yeniyetmələr arasında Abşeron-Xızı region birinciliyi keçiriləcək.

Presssport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 20 çəki dərəcəsində 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Yarış 31 may – 3 iyunda keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdi.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC