"Penaltilər seriyası başlayanda yarımfinala yüksələcəyimizə əmin idim" - Ançelotti

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Mançester Siti"yə qalib gəldikləri cavab 1/4 final oyununu şərh edib.
Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis yarımfinala yüksəlmələri haqda danışaraq, çox yaxşı müdafiə olunduqlarını söyləyib: "Real" elə klubdur ki, çıxış yolu olmasa belə, mübarizə apara bilir. Bununla yanaşı, hər zaman çıxış yolu tapırıq. Penaltilər seriyası başlayanda yarımfinala yüksələcəyimizə əmin idim".
Xatırladaq ki, əsas vaxt 1:1 hesabıyla başa çatan Mançesterdəki görüşdə "Real" oyunsonrası penaltilər seriyasında daha dəqiq olaraq (4:3) adını yarımfinala yazdırıb.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC