Qadın şahmatçılarımız Avropa çempionatında iştirak edəcək

Azərbaycanın qadın şahmatçıları aprelin 19-da Yunanıstanın Rodos adasında keçiriləcək şəxsi Avropa çempionatında iştirak edəcəklər.

Presssport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı mübarizə aparacaq.

10 turdan ibarət yarışa aprelin 29-da yekun vurulacaq.

Xatırladaq ki, 2022-ci ildə Məmmədzadə Avropa çempionatında gümüş, Fətəliyeva isə bürünc medal qazanıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC