"Neftçi"nin idman direktorunun mətbuat konfransı təşkil olunacaq

“Neftçi”nin idman direktoru Yens Anderssonun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Presssport.az xəbər verir ki, aprelin 19-u saat 12:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə isveçli klub rəsmisi jurnalistlərin suallarını cavablandıracaq.

Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən olan Andersson İsveçin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) kimi klublarında və İsveç millisində (2022-2023) idman direktoru vəzifəsində çalışıb. Bir müddət İsveçin bütün yaş qrupu üzrə milli komandalarında, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət milli komandada keçirilən islahatlarda böyük pay sahibi olub. O, 2023-cü ilin sentyabrından “Neftçi”nin idman direktorudu. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC