Boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.

Rəqibini məğlub edən boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də baş tutacaq.

Xatırladaq ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC