"Turan Tovuz"un itkiləri bitmir: "O mövqedə böyük problemlərimiz var, onun da oynamaq ehtimalı belədi ki..."

“Turan Tovuz” Premyer Liqanın XXXI turunda "Sumqayıt"la bugünkü vacib ev matçına ciddi itkilərlə çıxacaq. 

Bu haqda Presssport.az-a danışan baş məşqçi Ayxan Abbasov köhnə zədəlilərin qaldığını vurğulayıb: “İtkilərimiz yenə həmin kimidi. Eltun Turabov, Fərid Yusifli, Rodeik Miller zədə, bu dəfə Xəyal Nəcəfov cəza üzündən buraxır. Aleks Serrano qayıdır. Əlbəttə, ən pis təsir edən odur ki, orta xətttimizdə ciddi itkilərdi. Veysəl Rzayev də yoxdu, onu da bu sıraya saysaq, dediyim mövqedə böyük boşluq görünür. Veysəl onsuz da çox güman, mövsümü qapadıb. Oynamaq ehtimalı belədi ki, həkimlərimiz axırıncı turlarda icazə versə, meydana çıxa bilər. Bir sözlə, yarımmüdafiəmizin mərkəzində böyük problemlər var”.

Xatırladaq ki, burnu sınan Rzayev uzun müddət gipsdə oldu və bu, açılandan sonra topsuz məşq etməsinə hələ ki icazə verilmir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC