"PFL-lə əməkdaşlığımız olacaq, görüşdüyümüz klublardan biriylə artıq işə başlamışıq" - Rüstəm Allahverdiyev

Azərbaycanda yeni agentlik - "İQ Sports" fəaliyyətə başlayıb. 
Presssport.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidmətinin sabiq rəhbəri Rüstəm Allahverdiyevin rəhbəri olduğu qurum idman sektorunda media və marketinq işlərinin görülməsi ilə məşğul olacaq.
Allahverdiyev saytımıza açıqlamasında agentliyin hansı zərurətdən yaranması haqda danışaraq, "Neftçi"də işlədiyi müddətdə bu sahə ilə maraqlandığını, təhsilini aldığını diqqətə çatdırıb: Beynəlxalq təcrübələrlə maraqlanırdım. Xaricdə bu tipdə xidmət göstərən şirkətlər var. Amma Azərbaycanda sırf idman sektoru ilə ixtisaslaşmış agentlik yoxdu. Bazarı da araşdırdıq və gördük ki, belə agentliyə ehtiyac var. Fikirləşdik ki, bu istiqamətdə işlər görək".
Allahverdiyev agentliyin planlarına da toxunaraq, bunun çox olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir neçə klub, idman federasiyaları ilə görüşləri artıq olub: “Onlar üçün özəl təkliflər hazırlayırıq. Həmçinin, Peşəkar Futbol Liqası (PFL) ilə görüşmüşük. Qarşıdan ölkə kubokunun finalı gəlir və PFL-lə marketinq məsələlərində əməkdaşlığımız olacaq. Görüşdüyümüz klublardan biri ilə də artıq işə başlamışıq. Sadəcə, hələ rəsmi müqavilə olmadığı üçün ad açıqlaya bilmirəm. Digər klublarla da görüşəcəyik, yeni təkliflər hazırlayırıq”.

Agent rəhbəri hesab edir ki,  növbəti mövsüm üçün istədikləri sponsorla bağlı yolun yarısındadırlar: "Digər sponsorla bağlı da işlərimiz davam edir.  Həmçinin, idmançılarla da marketinq işlərinə görə müqavilələr imzalayacağıq".
Xatırladaq ki, Allahverdiyev 2018-23-cü illərdə "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olub. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC