Qurban Qurbanovdan "Beşiktaş” açıqlaması: "Bu barədə danışmasaq, daha yaxşı olar, çünki..."

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın “sükanı arxası”na keçməyə namizədlər sırasında olmasına münasibət bildirib.

Presssport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Premyer Liqanın XXxı turunda "Qəbələ"yə qarşı keçirilən matçdan (2:2) sonra bununla bağlı deyib: "Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdu. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir". 

Bu yerdə bildirək ki, ki, "Beşiktaş"ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür ARB 24 telekanalına açıqlamasında Qurbanovun baş məşqçi vəzifəsinə namizədlər sırasında olduğunu deyib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC