Rəşad Sadıqov əzmkar qələbə qazanan futbolçularını bağrına basdı: "Eşitməmişəm kimsə antifutbol oynadığımızı desin"

“Zirə” Premyer Liqanın XXXI turunda doğma meydanda"Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına əzmkar qələbə haqda danışmaqla başlayıb. 

  • Hazırda oyunla bağlı fikir bildirmək çox çətindi. Gərgin, mübarizə şəraitində keçən bir matç oldu. Futbolçularımı təbrik edirəm, bağrıma basıram. Çox vacib qələbə qazandıq. Amma qələbəni bayram etməyə vaxtımız yoxdu. Üç gün sonra səfərdə "Qəbələ" ilə vacib oyuna çıxacağıq.

- Bir çox komandalar azlıqda qalandan sonra müdafiəyə çəkilir. Sizdə əksinə oldu. Meydana daxil olan futbolçuların oyuna daha da güc qaldığını düşünürsünüz?

- Təbii ki. Bu qələbədə qırmızı vərəqədən sonra meydana daxil olanlar çox böyük pay sahibidirlər. Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır. Qələbə qazandıq, müsbət tərəflərindən danışırıq. Amma dəyişikliklərdən sonra məğlub ola da bilərdik. O dəqiqələrdə beynimdə hər şey çox qarışıq idi. Qırmızı planlarımıza daxil deyildi. Ani olaraq belə qərar verdik. Sevinirik ki, effektiv alındı. 

- Rəhim Sadıxov qol vurmasına baxmayaraq, sanki ümumi “ansambl”dan geri qalırdı. Onun oyununu necə dəyərləndirirsiz?

- Rəqib üç hücumameyilli oyunçumuzu yaxşı təhlil edib. Onlara boşluq vermirdilər. Rəhimə xüsusi diqqət var idi. Yaxşı məqam tapıb əlinə düşən fürsətdən istifadə etdi. Bu da futbolçunun ustalığını göstərir.

- Bugünkü oyunla "Zirə" və Rəşad Sadıqov sübut etdi ki, "Zirə" anti-futbol oynamır?

- Eşitməmişəm kimsə antifutbol oynadığımızı desin. "Müdafiəyəmeyilli oynayırlar", "az qol vururlar" şərhləri olub. Hər mütəxəssisin fikrinə hörmətlə yanaşıram. Bəzən özüm üçün faydalar da çıxarıram. Bu gün məqsədimiz kiməsə nəyisə sübut etmək deyil. Məqsədimiz imkan daxilində çempionatı yuxarı pillələrdə bitirməkdir.

- Üçüncü qoldan sonra hamı sevinirdi, siz isə qeydlər edirdiz. Həmin an nə planlaşdırırdız?

- Qoldan sonra sistemi dəyişdik. Futbolçulara onu izah etməyə çalışırdıq. 5-4 sisteminə keçdik. Xüsusi bir şey deyildi.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC