Tarixdə ilk dəfə avrokubokda oynayacaq - İspaniyada mövsümün sürpriz komandası

İspaniya Primerosunda cari mövsümün sürpriz komandası olan "Jirona" avrokuboka vəsiqəni təmin edib.

Presssport.az xəbər verir ki, Kataloniya təmsilçisi çempionatın XXXII turunda evdə "Kadis"ə qalib gəlməklə (4:1) buna nail olublar.  

Beləliklə, "Jirona" 7-ci pillədəki "Betis"lə xal fərqi 20-yə çatdırıb ki, arxada qalan 6 turda bu fərqi aradan qaldırmağın mümkün olmayacağı artıq dəqiqləşib.

Bununla da “Jirona” tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Üstəlik, kataloniyalılar İspaniya futbolunun elitasında cəmi 4-cü mövsümünü keçirir.

Onu da bildirək i, "Jirona"nın Çempionlar Liqasına vəsiqə şansı da çox yüksəkdi. Belə ki, Miçelin komandası 5-ci yerdə olan "Atletik"i 10 xal qabaqlayır.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC