"Kəpəz" üçün "Papu"yla bağlı üzücü xəbər - Gürcüstana göndərilə bilər

“Kəpəz”in Premyer Liqanın keçən turda “Səbail”lə səfər matçında hələ ilk hissədə zədələnərək əvəzlənən futbolçuları - gürcü yarımmüdafiəçi Georgi Papunaşviliylə hücumçu Amil Yunanovun MRT müayənələrinin cavabları bəlli olub.

Bu haqda Presssport.az-a danışan Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov “Papu” ləqəbli 29 yaşlı futbolçuda problemin daha ciddi olduğunu söyləyib: “Hər ikisi bu həftə məşqlərimizdə olmayıb və təkcə bu yox, bir neçə tur olmayacaq. Papunaşvili üçün ola bilsin, mövsüm bitsin. Çünki onda əzələ qırılması aşkarlanıb ki, bu, daha ciddi problemdi. Tibbi dillə desək, hissəli qopmadı. Bundan sonra ən azı 3 həftə onun bərpasıdı. Bundan sonra futbolçu məşqlərə başlaya biləcək ki, 1 aya da bizdə çempionat bitir. Amildə isə əzələ dartmasıdı və onu inşallah, 2-3 tur sonra meydanda görəcəyik”.

Maraqlıdı, Georgi bu müddətdə düşərgədə qalıb müalicə alacaq, yoxsa bunu Vətənində edəcək?: Şükürovu dinləyək? “Ola bilər Gürcüstana göndərərik ki, gedib orda müalicə alsın. Amma bunu hələ danışırıq, müzakirə edirik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC