2026-cı ildə dünyanın "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb

2026-cı ildə dünyanın "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. 

Presssport.az xəbər verir ki, bununla əlaqədar aprelin 20-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında namizədliyin təqdimatı keçirilib.

Tədbirdə əvvəlcə nüfuzlu yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançıların maraqlı videoçarxı təqdim olunub. 

Daha sonra Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olmağa hazır olduğunu əks etdirən təqdimat nümayiş olunub. Təqdimatda Azərbaycanın mövcud idman infrastrukturu barədə məlumat verilib. Həmçinin Azərbaycanın bir sıra irimiqyaslı beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmək baxımından böyük təcrübəsinin olduğu vurğulanıb.

Tədbirdə Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komitəsinin nümayəndələri də iştirak ediblər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC