Cüdo millimiz Avropa Kubokunda 4-cü olub

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Yarışın 2-ci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb. Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə (100 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc mükafat əldə edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC