"Neftçi" və "Araz-Naxçıvan"ın oyunu canlı yayımlanacaq

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin aprelin 25-də keçiriləcək hər iki oyunu canlı yayımlanacaq.

Presssport.az xəbər verir ki, “Neftçi” İK – “Baku Fire” görüşü 15:00-da start götürəcək. Həmin matç “CBC Sport”un efirində olacaq.

18:00-da start götürəcək “Araz-Naxçıvan” – PFL matçı isə federasiyanın “YouTube” kanalı (azfutzal tv) üzərindən yayımlanacaq.

Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Zala giriş sərbəst (biletsiz) olacaq.  


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC