4 həftəlik qış fasiləsinə son - bazar günü bitmişdi, bazar günü davam edəcək

Azərbaycan Premyer Liqasında qış fasiləsi bitir. Presssport.az xəbər verir ki, dekabrın 24-də istirahətə çıxan komandalar düz 4 həftə sonra mübarizəyə qayıdır.

Sadəcə, III dövrənin ilk turu adət etdiyimiz kimi, cümə-şənbə-bazar günləri olmayacaq. Həftənin son günündə yalnız turun açılış matçı olacaq. Paytaxt derbisində əsas diqqətçəkən məqam Miodraq Bojoviçin “Neftçi”də rəsmi debütü olacaq. 56 yaşlı monteneqrolu mütəxəssis Premyer Liqamızsa debütünü qələbəylə qeyd edərsə, bu, yeni komandasının cari çempionatda “Sabah” üzərində ilk qələbəsi olacaq. 

Sabah isə Qərb derbisinə şahid olacağıq. Sadəcə, “Kəpəz” prinsipial rəqibi “Turan Tovuz”ı onun meydanında yox, Qəbələdə qəbul edəcək. Komandalar burda keçən çempionatda son dövrədə görüşmüş və gəncəlilər onda minimal hesablı qələbə qazanmışdı. Bundan sonra, yəni cari çempionatda “Kəpəz” tovuzlularla görüşləri çox uğursuz keçirərək, nəinki məğlubiyyətləri sıralayıb, qol da vura bilməyib. Amma bu, “Kəpəz”in sabiq baş məşqçisi Azər Məmmədovun dövründə olub və onu bu postda əvəzləyən Adil Şükürov ilk dəfə “Turan Tovuz”la qarşılaşacaq. Bu yerdə bildirək ki, 47 yaşlı Şükürov yaxın keçmişdə bu klubun futbol akademiyasının koordinatoru olub.

Sabahkı paytaxt derbisi Bayılda olacaq. “Səbail” liderin ən yaxın izləyicisi “Zirə”ni qəbul edəcək. Şahin Diniyevin komandası qalib gələrsə, rəqibiylə xallarınə bərabərləşdirmiş olacaq. 

Turun son oyun gününə Qəbələdə start veriləcək. Turnir cədvəlində son pillədə gedən “Qəbələ” “Sumqayıt”ı qonaq edəcək. Elmar Baxşıyevin komandası bu mövsümdə sumqayıtlıları hələ ki məğlub edə bilməyib. 

XIX tura lider, qış çempionu “Qarabağ”ın matçıyla yekun vurulacaq. Qurban Qurbanovun komandası bu çempionatda son məğlubiyyətini aldığı rəqibi qəbul edəcək. Bu, "Araz-Naxçıvan"dı ki, ona uduzduğu Tofiq Bəhramov adına Respublika stadionunda növbəti görüş olacaq. Sadəcə, “köhlən atlar” bu dəfə mərkəzi arenada qonaq yox, meydan sahibi olacaq. Bu komandalar arasında əvvəlki oyunların hamısında meydan sahibi olan komandanın qalib gəlməsi, “Qarabağ”ın isə bütün matçlarda qol vurması diqqət çəkir. 


 

 

 

21 yanvar (bazar)

“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Nicat İsmayıllı
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”, 16:00

Cari çempionatdakı matçlar - 1:1, 1:0

22 yanvar (bazar ertəsi)

 “Səbail” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“ASCO Arena”, 15:00

Cari çempionatdakı ilk matçlar - 2:1, 2:2

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu, 17:30

Cari çempionatdakı matçlar - 0:2, 0:4

23 yanvar (çərşənbə axşamı)

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu, 16:30

Cari çempionatdakı matçlar - 1:2, 0:0

“Qarabağ”– “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC