Region Liqasında 1/4 final mərhələsi start götürdü - 2 heç-heçə, 2 darmadağın

AFFA-nın keçirdiyi Region Liqasında 1/4 final mərhələsinə start verilib.

Presssport.az xəbər verir ki, turnirin əsas favoritlərindən olan “Hypers” yarımfinala çıxmaq vəzifəsini böyük ölçüdə həll edib. 

Belə ki, Vüqar Nadirovun baş məşqçisi olduğu paytaxt təmsilçisi "Ağstafa Gəncləri"ni böyük hesabla məğlub edib - 3:0. 

Digər favorit olan “Şimal” da səfərdə darmadağına sevinib. Belə ki, Xaçmaz təmsilçisi Lənkəranda eyniadlı komandaya 4:1 hesabıyla qalib gəlib.

Digər 2 görüşdə isə qalib müəyyənləşməyib. Belə ki, “Masallı" Qazax "Göyəzən”iylə evdə 1:1, “Ümid” Saatlıda "Zəfər-44"lə (Cəlilabad) 2:2 hesablı bərabərliyə qalıb. 

Cavab görüşləri bu həftəsonu - aprelin 27-28-də keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC