"Araz-Naxçıvan"ın 2-ci qış transferi millimizin üzvü oldu

“Araz-Naxçıvan”ın 2-ci qış transferini reallaşdırıb. Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Azər Bağırov U-21 yığmamızın üzvü Ramin Nəsirlini heyətə cəlb etdiklərini deyib: “Ramin hazırda bizimlədi. Onun keçidinin rəsmiləşməsinə kiçik detallar qalıb. Müqavilənin müddəti ”6 ay +1 il" olacaq. Komandamızda başqa transfer, yaxud gedən futbolçu yoxdu".

Bu yerdə bildirək ki, Ramin yetirməsi olduğu “Neftçi”ylə müqaviləsini keçən ilin sonunda pozulmasından sonra sərbəst futbolçudu. 21 yaşlı cinah yarımmüdafiəçisi ötən ili Latviyanın “Dauqavapils” klubunda icarədə keçirib.

Xatırladaq ki, naxçıvanlılar qış fasiləsində ilk olaraq “Sabah”dan cinah yarımmüdafiəçisi İldar Alekperovu cari mövsümün sonunadək icarəyə götürüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC