"Mahir Emrelinin yerini 1600 avroya oynayan gənclər tutacaq"

Xorvatiya mətbuatı mövsümün sonunda Zaqreb "Dinamo"sunu tərk edəcək futbolçularla bağlı yazı dərc edib.

Presssport.az xəbər verir kİ, gedəcək oyunçular arasında millimizin hücumçusu Mahir Emrelinin də adı qeyd olunub: "Mövsümün sonunda Mahir Emreli, Tibor Haliloviç, Sadeq Moharammi və Boşko Şutalonun başqa komandalara gedə biləcəyi gözlənilir. Təbii ki, onlar üçün adekvat həll yolu tapılarsa, bu, baş verəcək. Həmin futbolçuların yerini isə ən yüksək aylıq maaşı təxminən 1600 avro olan gənclər tutacaq. Təbii ki, komandanı gücləndirəcək və ya keyfiyyətli əlavələr kimi baxılacaq bir neçə yeni oyunçu da olacaq".

Xatırladaq ki, zədə üzündən bu il oynamayan və gedəcəyi gözlənilən Mahirin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin iyununadəkdi. 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC