Dünya Güləş Birliyi Turan Bayramovun final görüşünü araşdırıb, cəzaları açıqlayıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Turan Bayramov və Frank Çamizo Markez (İtaliya) arasında baş tutan görüşdə mübahisəli hakim qərarını araşdırıb.
Presssport.az xəbər verir ki, qurum hakimlərin səhv qərar verdiyi qənaətinə gəlib.
Həmçinin UWW-nin 53-cü maddəsinə əsasən, azərbaycanlı güləşçinin nəticəsi qüvvədə qalıb. Belə ki, qaydalara görə, xalçada qalib elan olunmuş güləşçinin nəticəsi ləğv edilə bilməz.
Eyni zamanda matçın hakimləri cəzalandırılıb. Belə ki, həmin görüşdə hesab 8:8 olarkən Çamizo 2 xallıq fənd tətbiq etsə də, hakimlər bunu qeydə almayıb. Nəticədə Roman Pavlov 31 dekabradək, İbrahim Cicioğlu 30 sentyabradək, xalça hakimi Aleksey Bazulin, eləcə də Kamel Buaziz və Keysi Qössl 30 iyunadək yarışlardan uzaqlaşdırılıb.
Xatırladaq ki, Bayramov Olimpiya Oyunlarına vəsiqə qazanıb, Çamizo isə mayda İstanbulda keçiriləcək Dünya Təsnifat turnirində iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC