Bakıda formal matç, Qəbələdə revanş arzusu

Bu gün Azərbaycan Kubokunda finalçılar bəlli olacaq.
Presssport.az xəbər verir ki, ilk yarımfinal oyunlarından sonra “Zirə” və “Qarabağ” həlledici matça daha yaxındı.

Artıq çempionluğu təmin edən Ağdam klubunun finalda oynamağı heç kim şübhə doğurmur. Hər halda, səfərdə 4:0 hesablı qələbə belə deməyə əsas verir. Üstəlik, “Neftçi” əzəli rəqibi 3 ildi məğlub edə bilmir. “Qarabağ” mövsümü iki titulla başa vuraraq “qızıl dubl” etmək iddiasındadı. Kubokdan əlini üzərək rurnir cədvəlində 2-ciliyi hədəfləyən “ağ-qaralar” hazırda bu sıradan da kənarda olaraq 4-cü ssırada qərarlaşıb. Miodraq Bojoviçin komandasının bütün diqqəti Premyer Liqaya yönəlib. Montenerqolu mütəxəssis qarşıya qoyulan iki hədəfdən (çempionatda gümüş medal qazanmaq, kubokda qalib olmaq) birindən artıq uzaqlaşıb. 

Premyer Liqada son turda “Neftçi”ni məğlub edərək 2-ci pilləyə yüksələn “Zirə” kubokda yenə final arzulayır. Son turlarda uğurlu nəticələrlə yadda qalan Rəşad Sadıqovun komandası 6 oyundu məğlub olmur. İlk matçda minimal üstünlük yaxalayan “qartallar” cavab görüşünə istənikən hesablı bərabərlik yetərlidi. Səfər qolunun ləğvi qəbəlilərin işinə yarayır.   Komandalar ilk yarımfinal matçından sonra Zirədə çempionat matçında da üz-üzə gəlmiş və qəsəbə təmsilçisi böyükhesablı qələbəyə sevinmişdi – 4:0.
“Qəbələ”də islər işlər qaydasında deyil. Premyer Liqada uzun müddətdi sonuncu sırada qərarlaşan “qırmızı-qaralar” mövsümü bu pillədə bitirəcəyi demək olar dəqiqdir. Sadəcə, son vaxtlar çempionatda komanda sayının artması daha çox müzakirə olunur ki, bu halda “Qəbələ”nin Premyer Liqada qalmaq şansı böyükdü. “Qırmızı-qaralar”da yeganə müsbət məqam son turda çempion “Qarabağ”la heç-heçə etmək oldu ki, nəticədə Kaxaber Tsxadadzenin komandası daha motivasiyalıdı. Avrokuboklar üçün tək yolu kuboku qazanmaq olan “Qəbələ” doğma azarkeşləri önündə “Zirə”ni büdrədə bilər. Bununla da Tsxadadze həmin 0:4-ün revanşını almaq niyyətindədi.
Xatırladaq ki, Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq. Bundan 3 saat sonra isə Tofiq Bəhramov adına Respublika stadionundakı görüş start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC