Atıcılarımızın Doha sınağı davam edir

Qətərin paytaxtı Dohada atıcılıq üzrə Dünya Olimpiya Təsnifat Turnirində skit növündə mübarizəyə start verilir.

Presssport.az xəbər verir ki, yarışda Azərbaycan millisinin snayperləri də iştirak edəcəklər.

Bu gün həm kişi, həm qadınlar qeyri-rəsmi, sabah yarışöncəsi məşq edəcəklər. Aprelin 26-da isə təsnifat mərhələsi start götürəcək.

Ölkəmizi yarışda üç kişi və üç qadın atıcı təmsil edəcək. Niyaz Ağazadə, Fuad Qurbanov, Cavid Həsənov, Nurlana Cəfərova, Reqina Meftəhətdinova və Sevda Mustafayeva hədəfi nişan almağa çalışacaq.

Dünən başa çatan səngər stendi (trap) üzrə yarışda yığmamızı təmsil edən Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev təsnifat mərhələsini keçə bilməyiblər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC