Azərbaycan çempionatının ən yaxşı oyunçuları bilinib - "Dream team” də bəlli olub

Azərbaycan çempionatının ən yaxşı oyunçuları və Rəmzi komandası (“Dream team”) bəlli olub.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün Bakı İdman Sarayında keçirilən qadın voleybolçuların final qarşılaşması ilə ölkə birinciliyinə yekun vurulub.

Oyundan dərhal sonra qalib komandalara medal və kuboklar təqdim olunub. Həmçinin Yüksək Liqanın ən yaxşı oyunçuları və Rəmzi komandası müəyyənləşib. Mükafatları Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili, baş katib Faiq Orucov, federasiyanın idarə heyətinin üzvləri təqdim edirlər.

Kişilər voleybolçular arasında fərqlənən oyunçular:

“Ən dəyərli oyunçu” (MVP) – Sergey Platonenkov (“Azərreyl”)
“Ən gənc və perspektivli oyunçu” – Nihad Qasımov (“Murov Az Terminal”)
Simvolik komanda:
“Ən yaxşı toppaylayıcı” – Mehdi Ablou (“Murov Az Terminal”)
“Ən yaxşı hücumçu” – Andrey Melnikov (“Azərreyl”), Vladislav Kunçenko (“Murov Az Terminal”)
“Ən yaxşı libero” – Emil Abdullayev (“Neftçi”)
“Ən yaxşı blokçu” – Mehdi Cəfərvənd (“Azərreyl”), Mohsen Vazehi (“Neftçi”)

Qadın voleybolçular arasında fərqlənən oyunçular:
“Ən dəyərli oyunçu” (MVP) – Katarina Pilepiç (“Azərreyl”)
“Ən gənc və perspektivli oyunçu” – Raziyə Əliyeva (“Azərreyl”)
Simvolik komanda:
“Ən yaxşı toppaylayıcı” – Polina Neykova (“Abşeron”)
“Ən yaxşı hücumçu” – Peralta Luna Vielka (“Azərreyl”), İrina Milanoviç (“Murov Az Terminal”)
“Ən yaxşı libero” – Piyanut Pannoy (“Azərreyl”)
“Ən yaxşı blokçu”– Mariya Kirilyuk (“Abşeron”), Jineyri Martinez (“Azərreyl”)
“Ən yaxşı diaqonal oyunçu” – Marijeta Runjiç (“Abşeron”).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC