Musa Qurbanlı başını dik tutmağa çalışır: "Yayda nə olacağını birlikdə görəcəyik"

“Yurqorden”un azərbaycanlı futbolçusu Musa Qurbanlı İsveç mətbuatına komandadakı durumunu dəyərləndirib.

Presssport.az saytı xəbər verir ki, 22 yaşlı hücumçu Stokholm təmsilçisində heç bir problem yaşamadığını söyləyib: “Bura gəldiyim ilk gündən hər zaman məsuliyyətli olmuşam, çox çalışmışam. Burda heç kimlə problemim olmayıb. Komanda yoldaşlarımla və komandadakı bir çox insanla fantastik münasibətim var. Demək istəyirəm ki, bu kluba böyük hörmətim var. Bu, yaxşı tarixə və mədəniyyətə malik böyük klubdu. Azarkeşləri fantastikdi. Bu kluba və ordakı bir çox insana həqiqətən böyük hörmətim var. İlk dəfədir ki, xaricdə oynayıram və dediyim kimi, kluba, komanda yoldaşlarıma böyük hörmətim var. O ki qaldı oyun vaxtıma, bilirəm ki, futbolda bəzən belə hallar olur. Bəzən məşqçilər qərar verə bilər ki, oynaya bilməzsən. Hər şey yaxşıdı. Az oyun vaxtı əldə etməyimə görə narahatlıq keçirmirəm. Qərarlara həmişə hörmətlə yanaşacam və hər zaman vəziyyətə görə məsuliyyət daşıyacam. Həmişə olduğu kimi, işimi görməyə və başımı dik tutmağa çalışıram. Oynamağıma icazə verilməyəndə problem yaradan tipdən deyiləm. Sadəcə, öz səhvlərimə baxıram. Heç kimi günahlandırmıram, heç nədən şikayət etmirəm. Bəhanə axtarmıram”.

Qurbanlı məşqlərdə üzərində var gücüylə işlədiyini vurğulayıb: “Hamı mənim kim olduğumu bilir. Ən əsası, özüm kim olduğumu bilirəm. Nə etdiyimi başa düşürəm. Heç kim deyə bilməz ki, hansısa məşq zamanı kifayət qədər çox çalışmamışam və ya 100 faiz gücümü ortaya qoymamışam. Hamıya hörmət etmişəm, onlar da mənə hörmətlə yanaşıb. Heç vaxt heç kimə qarşı hörmətsizlik etməmişəm. Paltardəyişmə otağında hamı mənim kim olduğumu bilir. Mənim üçün ən vacibi budu”.

Qurbanlı vəziyyətin düzəlməyəcəyi təqdirdə bu yay mümkün gedişlə bağlı indidən danışmaq istəməyib: “Gəlin, görək hansı variant bizim üçün daha yaxşı olacaq. Sonra ona üz tutarıq. Açığı, mövsümün mənim üçün belə başlayacağını gözləmirdim. Sürpriz oldu. Hazırda “transfer pəncərəsi” bağlıdı. İndi heç nə edə bilmərik. Yayda nə olacağını birlikdə görəcəyik. Bizim üçün hansının ən yaxşı variant olacağına həmin vaxt baxacağıq. Hələ gəncəm, qarşımda uzun karyeram var”.

Xatırladaq ki, Musa yeni çempinatda yalnız ilk turda meydanda olub, sonrakı 2-də adı ümumiyyətlə, protokola daxil edilməyib. 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC