"Musanın depressiyaya düşdüyü hiss olunur, bu vəziyyətdən çıxacağına əminəm" - "Yurqorden"in baş məşqçisi

“Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf azərbaycanlı futbolçusu Musa Qurbanlının heyətə düşə bilməməsinə münasibət bildirib.

Presssport.az xəbər verir ki, isveçli mütəxəssis 22 yaşlı hücumçunun çətin duruma düşdüyünü etiraf edib: “İştirak ərizəsinə düşməməyin onun çətin olduğu aydındı. Kənarda qalmaq hər kəs üçün çətindi. Ardıcıl iki oyundu komandadan kənarda qalmaq acınacaqlı vəziyyətdi. Yalnız 20 oyunçunu heyətə salmağın acınacaqlı yeri budu. Bu, rəqabətli bir durum olacaq və sonra seçim etməliyik. Ehtiyat oyunçular skamyasında üç hücumçumuz, üstəlik, bir neçə hücumameyilli yarımmüdafiəçimiz var".

Laqerlöfun sözlərinə görə, hazırda Musanın bir az depressiyaya düşdüyü hiss olunur: "Oyun təqviminin sıx olması kənarda qalanlar üçün mənfi haldı. Bir həftə tam məşq edəndə fərqi hiss edirsən. Qurbanlının özünü toparlayacağına inanıram, bu vəziyyətdən çıxacağına əminəm. Çətin vəziyyətdə olduğunu başa düşürəm. Bunda hamımız onunla birlikdə əziyyət çəkirik”.

Xatırladaq ki, Musa “Yurqorden”ə keçən yay “Qarabağ”a keçərək, 3 illik müqavilə imzalayıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC