"Daha çox pressinq edirdik, komanda kimi göründük" - Bojoviç

Azərbaycan Premyer Liqasının XIX turunun "Sabah" - "Neftçi" oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Miodraq Bojoviç mətbuat konfransı keçirib. Presssport.a xəbər verir ki, monteneqrolu mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

- Öncə Azərbaycan xalqına 34 il əvvəl baş verən 20 Yanvar hadisələri ilə bağlı başsağlığı verirəm. Oyuna gəlincə, prinsipcə, pis oynamadıq. İki tərəfin də imkanları oldu. İkinci hissədə də dinamik və maraqlı oyun keçdi. Hesab ən ədalətli nəticə idi.

- Oyun planında nəyi dəyişə bilmisiniz, nəyi yox?

- Ciddi dəyişiklik üçün çox vaxtımız olmadı. Daha çox pressinq göstəririk. Məncə, bu gün sonadək mübarizə apardıq və komanda kimi göründü. Bir az daha bu istiqamətə fokuslanmalıyıq.

- Bu heyət hədəfləriniz üçün yetərlidi?

- Artıq iki oyunçu ilə müqavilə imzalamışıq - Alfa Konte və Brayan Moreno. Eyni zamanda heyətimizdə zədəlilər var. Yeni transferlər və indiki heyət yetərli olacaq.

- Fiziki tərəfdən komandanın problemi nə dərəcə aradan qaldırılıb?

- Bu məsələ asan həll olunmur. Daha çox vaxt lazımdı. Komanda bu şəkildə irəliləsə, əvvəlkindən daha yaxşı olacaq.

- Hücumda bitirici oyunçu yoxdur. Moreno da zədəli gəlib. Yeni transfer olacaq, ya bununla kifayətlənəcəksiz?

- Moreno artıq sağalıb. Ümid edirik ki, tez zamanda oynamağa başlayacaq.

- Sol cinahda Azər Salahlı oynadı. Onu Azər Əliyevdən hansı cəhətinə görə üstün sayırsınız?

- Azər Əliyev də zədəlidi. Bu sırada Reziuan Mirzovlə Kilian Lebon da var.

- Murad Musayevi Rusiyadan tanışsınız. Onu heç vaxt üstələyə bilməmisiniz və bu gün də bu "qara statistika" davam etdi…

- Rusiyada onun işlədiyi “Krasnodar” ən yaxşılardan biri idi. Musayev yaxşı məşqçidi.

- Sonda Ayaz Quliyevlə nə danışırdınız?

- Onunla birlikdə işləmişik. Sadəcə, salamlaşdıq və bir-birimizi təbrik etdik.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC