AFFA-da Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirilib

Bu gün AFFA-nın inzibati binasında Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair seminar təşkil olunub.

Presssport.az xəbər verir ki, seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə Qaydaları müzakirə olunub, eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər barədə məlumat verilib.

Seminarın sonunda klub nümayəndələri 2023-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC