Murad Musayev: "Bir futbolçuya görə oyun planını dəyişmək fikrimiz yoxdu"

Azərbaycan Premyer Liqasının XIX turunun "Sabah" - "Neftçi" oyunundan (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Murad Musayev mətbuat konfransı keçirib.

Pressport.az xəbər verir ki, rusiyal  mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

- Öncə, Azərbaycan xalqına 20 Yanvar hadisələrinə görə baş sağlığı verirəm. Oyuna gəlincə, yaxşı ilk hissə keçirdik. Fasilədən sonra dinamika çox olmadı. Oyun çox dayandı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu gün stadiona gələn azarkeşlərin oyundan razı qaldığını düşünürəm.

- Ayaz Quliyev Aleksey İsayevin boşluğunu doldura bildi?

- İnanırıq ki, Ayaz öhdəsindən gələcək. Ona vaxt lazımdı. Bu gün işinin öhdəsindən gəldi.

- İsayevin gedişinə görə oyun planında nəsə dəyişmisiniz?

- Bir futbolçuya görə oyun planını dəyişmək fikrimiz yoxdu.

- Transfer gözlənilir?

- Hələlik yox. Heç kimlə danışıq aparmırıq.

- Bojoviçlə Rusiyadan tanışsınız. Ona heç vaxt məğlub olmamısınız. Bunun resepti var?

- Obyektiv danışsaq, Rusiyada işlədiyim komanda Bojoviçinkindən daha güclü idi. Ona görə müqayisə düzgün deyil. Onda imkanlarımız daha yaxşı idi. İndi eyni gücə malik komandaya sahibik. Onunla nə qədər oynadığımızda açığı, yadımda deyil.

- Vacib oyunçuların gedişinə görə təəssüflənirsizmi?

- Normaldı, komandada gələnlər də olur, gedənlər də. Dünəni düşünmürük. Hansısa futbolçu olmadan da oynamaq olar. Avrokuboklarda Mikels olmadan necə oynadığımızı xatırlayın. Əlimizdə olan heyətlə nəticə qazanmağa çalışacağıq.

- Oyunun sonlarında hücum xəttinə dəyişikliklər etdiniz. Bu, qələbə istəyindən irəli gəlirdi, ya məcburi idi?

- Qələbə qazanmaq istəyirdik. Ona görə dəyişikliklər etdik. Bəlkə, daha tez etməli idik.

- Vinsent Tillin faydalı iş əmsalı aşağıdı. Bununla razısınız?

- Razı deyiləm. Rəqibinə sarı vərəqə aldırdı, çoxlu foullar qazandırdı.

- Bu gün çox təmkinlisiniz və hakimlikdən danışmadınız…

- Bu gün xüsusi qeyd ediləcək nəsə səhv olmadı. Çalışacam ki, həmişə təmkinli olub. Bu gün referi oyunu yaxşı idarə etdi. Onun haqqında pis nəsə demək olmaz. Oynamağa, sərt mübarizələrə üstünlük verdi. Belə idarəçiliyi bəyəndim.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC