AFFA nümayəndəsi Qəbələdə aranı qatdı, klub rəsmisi müdaxilə etməli oldu

Premyer Liqanın XXXII turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" oyununda insident yaşanıb. Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk hissənin ortalarına təsadüf edən hadisə yerli azarkeşlərlə AFFA nümayəndəsi Yavər Rəhimov arasında yaşanıb. 

Belə ki, assosiasiya rəsmisi tribunalar önünə gələrək öncə qəbələli fanatlar hakimlərə etiraz etməsinə narazılığını ifadə edib, davamında isə onlardan sakit olmalarını tələb edib. Rəhimovun hərəkətləri “Qəbələ” tərəfdarlarını özündən çıxarıb. 

Tərəflər arasında böyüyən gərginliyi görüncə klubun ümumi işlər koordinatoru Səbuhi Qarayev məsələyə müdaxilə edib. Yalnız bundan sonra ara sakitləşib. AFFA nümayəndəsinə etiraz olaraq tribunanı tərk etmək istəyən azarkeşlər yerlərinə qayıdıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC