"Turan Tovuz" "Kəpəz" qarşısına ciddi itkilərlə çıxacaq

“Turan Tovuz” bu il Premyer Liqada ilk matça ciddi itkilərlə çıxacaq. Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Ayxan Abbasov “Kəpəz”lə Qəbələdəki Qərb derbisi öncəsi zədəli futbolçularının sayının artdığını vurğulayıb: “Onsuz da zədəlilərimiz vardı. Son günlərdəki məşqlərimizdə isə Xəyal Nəcəfovla Fərid Nəbiyev zədələndilər. Xəyalın meydana çıxması sual altındadı. Fəridin oyunu buraxacağı isə dəqiqdi. Bu sıraya hələ Antalyada zədə alan digər yarımmüdafiəçi Veysəl Rzayev də daxildi. İspaniyalı orta sahə oyunçumuz Aleks Serrano da həmin vaxt sıradan çıxdı. Onun son durumuna oyunöncəsi baxacam".

Xatırladaq ki, Fərid keçən mövsümü “Kəpəz”də keçirərək yay fasiləsində Tovuz klubuna keçib. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC