Qadınlardan ibarət voleybol millimiz Qızıl Avropa Liqasının hazırlığına başlayıb

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasının hazırlığına başlayıb.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yğmanın baş məşqçisi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Qarayev komandaya Qızıl Avropa Liqasında uğurlar arzulayıb. Yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verən mütəxəssis aprelin 30-dan fiziki və topla məşqlərə start veriləcəyini deyib. 

Daha sonra komandanın təlim-məşq toplanışına yollanacağını, həmçinin yoxlama oyunlarının keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC