Diniyev o qədər bərbad vəziyyət olmadılqarını sayır: "Qorxmuram, komanda düzgün yoldadı, qısa zamanda nəticə olacaq"

"Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heç nədən penalti verildi. "Sabah"ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi. Komandam öz səviyyəsinə uyğun futbol oynadı. Çox qol epizodu yaratdıq. Komandadan narazılığım yoxdu. İrəliyə baxmaq lazımdı. Komanda yaxşı futbol oynayır. Müdafiədə bəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artaccaq".

Presssport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının VII turunun “Sabah”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Birinci dövrə sona yaxınlaşır. Autsayderlərin sırası da müəyyənləşir: "Kəpəz", "Neftçi", "Səbail". Hansısa radikal müdaxiləyə ehtiyac var…

- Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Oyunların çoxu qarşıdadı. Autsayderlər tam formalaşmayıb. Komanda yenidən qurulub. Onların birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgün yoldadı, qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdu. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var.

- Demək istəyirsiz ki, "Kəpəz" və "Neftçi"də oyun da yoxdur..

- Öz komandamdan danışıram. Heç bir komanda haqda danışmaq istəmirəm. Oyunumuz var və nəticə də gələcək.

- Beşinci qoldan sonra azarkeşlər də bayrağı yerə qoyub getdilər. Azarkeşlərin də komandaya inamı itib?

- Deməzdim. Azarkeşlər nəticə və qollarla yaşayır. Hesaba görə bunu etmək normaldı. Onlar hətta 2:4-olanda da bizdən geridönüş gözləyirdi. Bu azarkeşlərin ixtiyarına buraxılan şeydi. Qələbədən uzaq olduğumuzu görüb getdilər. O qədər bərbad vəziyyət deyilik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC