"Futbolçularım yaxşı oynadı, amma mükəmməl oynadığımızı deyə bilmərəm" - Renduliç

"Bura 3 xal götürməyə gəlmişdik. Buna görə oyunçularımı təbrik edirəm. Futbolçularım yaxşı oynadı. Amma mükəmməl oynadığımızı deyə bilmərəm. Çünki yenə qapımızda 2 qol gördük. Buna görə də məmnun deyiləm. Hücum xəttinin oyununa görə razıyam. Bilirik ki, bizim üçün burda çətin olacaq. Sonuncu qələbəmizi 2 il öncə əldə etmişik. "Səbail" yaxşı oynadı. Amma biz daha yaxşı idik".

Presssport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının VII turunun “Səbail”lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Böyük üstünlüyünüz var idi. Niyə oyun birdən-birə bu qədər çətin oldu?

- Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu, sadəcə, keyfiyyətdən asılı olan məsələ deyil. Hər vəziyyətə yuxarıdan aşağı baxmaq lazım deyil, daha diqqətli oynamaq lazımdı. Bunu oyundan qabaq da demişdim. Müdafiədə daha məsuliyyətli olmalıyıq.

- Birinci hissədə qolunuz ləğv olunanda Şahin Diniyev sizin ehtiyat skamyaya yaxınlaşdı. Sizə nə dedi?

- Xüsusi şey demədi. Sadəcə dedi ki, orada qayda pozuntusu var idi.

- Oyunlar zamanı çox sarı və qırmızı vərəqələrlə cəzalandırılırsız. Bunu normal hesab edirsinizz?

- Bu, normal deyil. Amma futbolda bəzən baş verir. Hansısa epizoda çatmırsan, foul alırsan. Oyunun başlanğıcında bəzi sarı vərəqələri qəbul edərəm. Amma hakimə şikayət edib, vərəqə almağı qəbul etmirəm.

- Bu gün matç heç-heçə bitsəydi, uğur sayılacaqdı?

- Bir xaldan məmnun olmazdım. Çünki oyun başlayandan qələbəyə daha yaxın idik. Hələ VAR 2 qolumuzu ləğv etdi.

- Hər qələbə sizi çempionluğa yaxınlaşdırır, yoxsa "Qarabağ"ın olduğu yerdə çempionluq mümkün deyil?

  • "Qarabağ" çox böyük keyfiyyətə malikdi. Bu, faktdı. Oyundan-oyuna irəliləyirik. Heç vaxt nə baş verəcəyini deyə bilmərik. Gələcəkdə nə olacaq, o haqda çox da fikirləşmirik. Sabahdan "Qarabağ"la oyuna hazırlaşacağıq. Çünki onlar növbəti rəqibimizdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC