Rəşad Sadıqov 10 ildən sonra da özünü "Zirə"də görür: "Deməzdim ki, liqadakı tək rəqibimiz "Qarabağ"dı, razı deyiləm"

"Deyərdim ki, vacib 3 xalı əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Gələn turda səfər görüşümüz olacaq. Həmin oyuna fokuslanacağıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VII turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb. 

- Demək olar ki, "Zirə"nin liqadakı tək rəqibi "Qarabağ"dı?
- Yox, belə deməzdim, razı deyiləm. Yaxşı oyun göstərən komandalar var, nəticələr əldə edirlər. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt”, “Neftçi”...Klublar mövsümün sonuna kimi avrokuboklar uğrunda mübarizə aparacaq. Ayxan Abbasov "Şamaxı"da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha da çox olacaq.

- Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmaları uğursuz nəticə göstərir. Hər halda, yerli futbolçu baxımından sıxıntılar olduğu aşkardır. Sizcə, çıxış yolu nədir?

- Bilirsiz, bundan 4-5 il əvvəl hazırkı problemləri yaşayacağımız görünürdü. Amma gələcəyə nikbin baxıram. AFFA-nın yeni rəhbərliyi futbolumuza yeni nəfəs gətirməyə çalışır. Bunun bəhrəsini görəcəyik. 9-10 yaşından yetişdirdiyimiz futbolçuların 7-8 ilə yaxşı olacaqlarını düşünürəm.

- Bəs AFFA-ya bu mövzuda hansı təklif edərdiniz?

Məşqçiyəm, bununla bağlı müzakirə lazım olarsa, edərik. Düzünü deyim, 10 yaşlı futbolçunu necə yetişdirmək lazım olduğunu bilmirəm. Çünki hər bir yaş qrupunun öz peşəkar kadrı var. Məndən 18-19 yaşlı oyunçu barədə soruşsanız, nəsə demək olar. 

- "Zirə" də Azərbaycan futbolunda dominantlıq edir. Bu komandanın çempionluq uğrunda mübarizə aparması üçün nəyə ehtiyacı var?

- Vəziyyətdə, gedişatdan asılı olan çox şey var. Elə məşqçi gələ bilər ki, komandanı bir ay ərzində dəyişsin. Hər şey mümkündür. Hazırda “Turan Tovuz”un əsas üstünlüyü odur ki, indiki məşqçi də əvvəlki məşqçi kimi eyni sistemlə oynamağa davam edir. Kurban Berdıyevin futbolçulara yanaşmasından sonra komanda artırıb. Bəlkə sabah "Zirə"yə gələrsə, yenə də uğurlu olar. Nə qədər zamana ehtiyac olduğunu bilmirəm. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. Allah qoysa, daha yaxşı, daha möhkəm komanda olarıq. Stabilliyi qorumağa ehtiyac var. Təbii ki, bunu etmək asan məsələ deyil. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötən mövsümkü uğuru təkrarlamaqdır. İrəliyə baxmaq lazımdır.

- Bəs 10 ildən sonra da özünüzü "Zirə"də görürsünüz?

- Ola bilər, niyə də yox?

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC