"Naxçıvanlı azarkeşlər “Araz-Naxçıvan”ı doğma məkanda nə vaxt görəcək? - AÇIQLAMA

“Bildiyim qədərilə, stadionun təmiri ilə bağlı Naxçıvanda tender elan olunub. Ot örtüyü, işıqlandırma da bura aiddi”.

Bu sözləri Presssport.az-a açıqlamasında “Araz-Naxçıvan”ın Müşahidə Şurasının sədri Zaur Axundov deyib.

Məlumdu ki, Muxtar Respublika təmsilçisi 9 illik fasilədən sonra Premyer Liqaya qayıtdığı mövsümdə rəqiblərini doğma məkanda yox, paytaxtda qəbul etməli oldu. Maraqlıdı, naxçıvanlı azarkeşlər “Araz-Naxçıvan”ı doğma məkanda nə vaxt görəcək? Axundovu dinləyək: “Hamımız istəyirik ki, naxçıvanlı azarkeşlər doğma komandasını Naxçıvanda görsün. Vaxt var, çalışıb işləmək olar. Yaxşı səviyyədə süni örtüklü meydança olacaq. VAR sistemi quraşdırılmalıdır. Digər xırda cari işləri çempionat gedə-gedə də yoluna qoymaq olar. “Araz-Naxçıvan” I Liqada oynayanda, 8-10 min azarkeş gəlirdi. Azarkeş məsələsini də bilirsiniz. “Qarabağ”ı “Sumqayıt” yox, azarkeşlər uddular. Uşaqlıqdan yadımdadı, 80-cı illərdə çox güclü komandalar Naxçıvana gələndə, 10 min azarkeş təzyiq yaradırdı. Bu da futbolçulara əlavə motivasiyadı. Mən də naxçıvanlı kimi, hamıdan çox istəyirəm ki, “Araz-Naxçıvan” Naxçıvanda oynasın”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC