Millimiz Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası (U-21) yoldaşlıq görüşü keçirəcək.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Samir Əliyevin komandası iyunun 7-də səfərdə slovakiyalı həmyaşıdları ilə qarşılaşacaq.

Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xatırladaq ki, 21 yaşlılarımız AVRO-2025-in seçmə mərhələsində növbəti rəsmi matçını bu ilin sentaybrın 6-da səfərdə Lüksemburqla keçirəcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC