"Kalmar" məni istəyir, oyunlarımı izləmək üçün ayrıca məşqçi təyin ediblər" - İsveçdə çıxış edən futbolçumuz

İsveçin "Savadalens" klubunda oynayan azərbaycanlı futbolçu Ayxan Cabbarov müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir: 

  • - Ayrılacağı gözlənilsə də, yenə "Savadalens"də qaldın...

Bəli, öz komandamda qalası oldum. Amma bu dəfə uzunmüddətli deyil. Böyük ehtimalla yeni komandaya keçidimə bir az zaman lazım gəlməyəcək. Hazırda "Savadalens"dəyəm və bu komanda üçün çalışıram. Yeni komandanın hansı olacağını zaman göstərəcək. 

- "Kalmar" səni transfer etmək istəyirdi. Niyə keçidin alınmadı?

Bəli, məni istəyirdilər. Sadəcə, sonda konkretlik olmadı deyə, alınmadı. Amma bir neçə gün əvvəl yenə də zəng etdilər və məni yenə də istədiklərini bildirdilər. "Savadalens"dəki oyunlarımı izləmək üçün ayrıca məşqçi təyin ediblər. Görək də, necə olacaq. "Kalmar"ın istəyi var, etimad göstərirlər. Amma necə olacağını yay “transfer pəncərəsi” göstərəcək.

- Azərbaycan Premyer Liqasından da təklifin var. Vətənə gəlməyin mümkündü?

Belə bir maraq var. Doğrudur, istəyən komanda var. Amma məni istəyən Azərbaycan klubunun adını deyə bilmərəm. Çünki səlahiyyətimdə olan məsələ deyil. Həm də doğru çıxmazdı. Sadəcə, istəyən olduğunu deyə bilərəm.

- Özün İsveçdə qalmaq istəyirsən, yoxsa Azərbaycana gəlməyi planlaşdırırsan?

Təbii ki, hər zaman dəyişikliklər yaxşıdı. Azərbaycan Premyer Liqasını da ara-sıra izləyirəm. Premyer Liqada da oynamaq olar. Sadəcə, danışıqlar gedəcək. Konkretlik olanda, bir şey demək mümkündü. İndi isə nəsə deməyim doğru olmazdı.

- İsveçdə oynasan da, Azərbaycanın aşağı yaş qruplarının yığmalarına dəvət edilmədin. Azərbaycana gələrək bunu reallaşdıra bilərsən?

  • - Azərbaycan yığmasında oynamağa həmişə hazıram. Özümdən də əminəm. İnanıram ki, bir gün Azərbaycanın əsas millisində oynayacam. Bunun hansı klubda oynadığım zaman reallaşacağını isə ehtimal edə bilmərəm. Azərbaycanda oynayacam, yoxsa xaricdə qalacam, onu da zaman göstərəcək. (sportal.az)


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC