"Xırdalan" pley-offa qələbə ilə başlayıb

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk pley-off oyunu baş tutub. Presssport.az xəbər verir ki, pley-offun 1/4 final mərhələsində "Xırdalan" və “Neftçi” arasında seriyanın birinci oyunu gərgin mübarizə şəraitində keçib. 

Oyuna sürətli başlamış “Xırdalan” yekunda 80:75 hesablı çətin qələbə qazanıb. Bu qələbə ilə "Xırdalan" seriyada 1:0 hesablı üstünlük əldə edib. 

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Zeyver Brüyer - 18 xal, 4 ribaund), "Neftçi" (Alfonso Villis - 15 xal, 10 ribaund) 

"Xırdalan" və "Neftçi" arasında seriyanın 2-ci oyunu 2 may tarixində baş tutacaq

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC