Qurban Qurbanov A Seriyası və Bundesliqa məşqçilərini geridə qoydu

Dünyanın ən yaxşı baş məşqçilərinin yenilənmiş reytinqi açıqlanıb.

Presssport.az xəbır verir ki, planetim 500 ən güclü mütəxəssisinin yer aldığı siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

Belə ki, 52 yaşlı mütəxəssis reytinqində 134-cü yerə yüksəlib. 1671 xala malik Qurbanov 4 pillə irəliləyib.

O, Markus Qisdol (“Samsunspor”, Türkiyə), Davide Ballardini (“Sassuolo”, İtaliya), Pelleqrino Mataratso (“Hoffenhaym”, Almaniya) və Yess Torupu (“Auqsburq”, Almaniya) geridə qoyub.

Azərbaycan Premyer Liqası təmsilçilərindən "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç də reytinqdə yer alıb. Belə ki, 56 yaşlı monteneqrolu mütəxəssis 1616 xalla 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Onu da bildirək ki, reytinqə, 2230 xala malik "Mançester Siti"nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola ş başçılıq edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC