Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlarımız müəyyənləşib

Azərbaycanı Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda təmsil edəcək qrup hərəkətləri komandasının heyəti və fərdi gimnastların adları açıqlanıb.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbut xidmətinə istinadən xəbər verir ki, qrup komandasının heyəti 6 nəfərdən ibarətdi.

Bunlar Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadı. Fərdi yarışda isə ölkəmizi iki gimnast - Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcək.

Xatırladaq ki, bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC