Mutunun yeni klubu bəlli oldu

"Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu bəlli olub. Presssport.az xəbər verir ki, 45 yaşlı rumıniyalı mütəxəssis öz ölkəsində ÇFR-i çalışdıracaq. 

Bunu klubun sahibi Nelu Varqa açıqlayaraq, ölkə çempionatının XXII turunda “Botoşani”yə məğlubiyyətdən sonra baş məşqçi Andrea Mandorlininin istefaya göndərildiyini vurğulayıb: “Komandanın belə oynamasına dözə bilmirəm. Mutu ilə ötən il də danışmışdım. Sonra anası vəfat etdi. Mutu ilə bir-birimizi başa düşmüşük. Onunla müqavilənin detallarını müzakirə edəcəyik”.

ÇFR hazırda 36 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Mutu ötən ay "Neftçi" ilə müqaviləsini pozara  yollarını ayırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC