"Premyer Liqada qalmağı bacarmalıyıq- Xvaıko

“Kəpəz”in mətbuat xidməti komandanın kapitanlarından olan Yeqor Xvalkodan müsahibə alıb. Presssport.az xəbər verir ki, belaruslu müdafiəçi əvvəlcə qış hazırlığı barədə danışıb:"Prinsipcə, hər şey plan üzrə gedib. Yalnız hava şəraiti ilə bağlı ikinci yoxlama oyununu keçirə bilmədik. Yaxşı məşqlər etdik, gündə iki dəfə hazırlaşdıq. Düşünürəm ki, nəzərdə tutulan proqramı yerinə yetirdik" .
,u mövsüm çempionatda rəqabət daha böyükdür. Ötən mövsüm aşağı yerlərdə sıxlıq çox idi. Eyni səviyyəli komandalar bir-biri ilə mübarizə aparırdılar. Bu il isə daha çətindir. "Qəbələ" ilə birgə aşağıda yer almışıq. Bir neçə xal qazansaq, yuxarıdakılara çata bilərik".

Xvalkonun fikrincə, bu, mövsümöncəsi bir nömrəli tapşırıq idi: Premyer Liqada qalmağı bacarmalıyıq. Vəzifəni yerinə yetirmək üçün çalışacağıq".
Yeqordan öz oyununu dəyərləndirilməsini istəyiblər: "Yox, bunu etməyəcəm. Qoy, məşqçimiz oyunumu dəyərləndirsin. Azərbaycanda ikinci mövsümümdü. Fikrimcə, artıq burda oynamağa alışmışam. Bir çoxlarını tanıyıram. Onlara qarşı necə oynayacağımı bildiyimdən mənim üçün indi asandı. Oyunumu qiymətləndirməyim yaxşı çıxmaz. Məşqçi danışsın".
Legioner gəncəli azarkeşlər barədə də söz açıb: "Azarkeşlərimiz barədə həmişə yaxşı düşünmüşəm. Onlar daim bizi dəstəkləyirlər. Bizim arxamızca hər yerə gedirlər. Stadiona görə ev oyunlarımız da səfərlərdə keçir. Zəhmət çəkib gəlirlər, sağolsunlar".  

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC