"Araz-Naxçıvan"ın daha bir legioneri "Qarabağ"a qarşı oynamayacaq

“Araz-Naxçıvan” Premyer Liqada III dövrənin ilk turunda legioneri İsmael Azzauinin xidmətindən yararlana bilməyəcək. Bu haqda Presssport.az-a komandanın baş məşqçisi Azər Bağırov məlumat verib.

O, qış fasiləsində "Zirə"ylə yoxlama matçında zədələnən yarımmüdafiəçinin "Qarabağ"la səfər matçını buraxacağını söyləyib: “Oyundan sonra zədəsinin nə qədər ağır olduğu bilinəcək. Azzauinin topuğu əzilib. Ehtimal var ki, zədəsi ağırdı”.

Bağırov onu da vurğulayıb ki, həmin yoxlama matçında zədələnən hücumçu Orxan Əliyevin artıq sağalaraq komandayla hazırlaşır.

Xatırladaq ki, naxçıvanlılar liderlə görüşdə braziliyalı yarımmüdafiəçisi Vanderson Melonun xidmətindən cəza üzündən yararlana bilməyəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC