Fərid Qayıbov Avropa çempionu olan ilk qadın şahmatçımızı qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı qəbul edib.

Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc idmançını böyük uğuru münasibətilə təbrik edən nazir onun Avropa çempionluğunun ölkəmizdə şahmat idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Fətəliyeva göstərilən diqqətə görə təşəkkür edib. 

Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov və məşqçi Yevgeni Tomaşevski iştirak edib.

Xatırladaq ki, Ülviyyə Yunanıstanın Rodos adasında təşkil edilən şəxsi qitə çempionatında qızıl medal qazanaraq ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC