"Araz-Naxçıvan" itkilərini açıqladı

Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk oyununu sabah “Qarabağ”a qarşı keçirəcək “Araz-Naxçıvan” oyunöncəsi son məşqinə çıxıb. Presssport.az xəbər verir ki, "Azərsun Arena”nın ehtiyat meydanında 1 saata qədər davam edən hazırlıq prosesində futbolçular bir neçə taktiki planda tapşırıqları icra ediblər. Zədəli futbolçulardan Orxan Əliyev kollektivlə çalışmalara qoşulubsa, digər zədəli İsmail Azzaui hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir. Onun “Qarabağ”a qarşı oynamayacağı dəqiqdi.

İsmaildən başqa, Vanderson da sabahkı matçda meydana çıxmayacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir.

Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 23-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC